Aşağı qan təzyiqi hansı xəstəliklərdən xəbər verir?- XƏBƏRDARLIQ

Aşağı qan təzyiqi onkologiya da daxil olmaqla, bir sıra xəstəliklərdən xəbər verə bilər.

Azpost.info xəbər verir ki, mütəxəssislərin fikrincə, mədə, onikibarmaq bağırsaq xorası və böyrək patologiyası fonunda da qan təzyiqi aşağı düşə bilər.

Həkimlər hipotenziya ilə əlaqədar xoşagəlməz simptomlar olduqda müayinəni təxirə salmamağı tövsiyə edir.

“Təzyiqin azalması xoşagəlməz simptomlarla müşayiət olunarsa, müayinədən keçmək vacibdir. Səbəb mədə və ya onikibarmaq bağırsaq xorası, perikardit, böyrək və ya endokrin sistemin patologiyası, onkologiya, ginekoloji və digər xəstəliklər ola bilər”, – mütəxəssislər deyir.

Həkimlərin sözlərinə görə, hipotenziya fizioloji ola bilər ki, bu da arıq gənclər, yüksək dağlıq ərazilərin sakinləri və idmançılar üçün xarakterikdir. Bu vəziyyətdə müalicə tələb olunmur.

Həkimlər arıqlayanlara xəbərdarlıq edir ki, sərt pəhrizlər səbəbindən qan təzyiqi göstəriciləri də azala bilər. Bu, dəmir və B, C və E vitaminlərinin olmaması ilə əlaqədardır.

Aşağı təzyiqdə bədəndəki nasazlıq səbəbindən eyni vaxtda artan yorğunluq özünü göstərir. Xəstəliyin başqa bir əlaməti huşunu itirməyə çata bilən başgicəllənmədir. Bu zaman nəbz vurğusuna, termorequlyasiyanın pozulmasına və dəri solğunluğuna diqqət yetirmək tövsiyə edilir. Bundan başqa, bu hal emosional qeyri-sabitlik, apatiya və yaddaşın pozulması ilə müşahidə edilə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Fransanı üzr istəməyə çağırırıq” –

Sonrakı məqalə

Meksikada 6,2 bal gücündə zəlzələ olub