Meksikada naməlum şəxslər kütləyə atəş açıb-

4 nəfər ölüb, 7 nəfər yaralanıb
23 Noyabr 2021 - 00:32

Meksikanın Miçoakan ştatının Sitakuaro bölgəsində naməlum şəxslər xoruz döyüşünə tamaşa edən kütləyə silahlı hücum edib.

APA yerli “Televisa” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində tamaşaçılardan 4-ü ölüb, 7-si yaralanıb.

Silahlılar naməlum istiqamətə qaçıblar. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin motivləri barədə məlumat açıqlanmayıb.