Serj Sarkisyana rüşvət almaqla bağlı rəsmi ittiham elan olunub

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı S.Sarkisyan ölkəni tərk edə bilməz.

Qeyd edək ki, bir müddət əvvəl eks-prezidentin vəkili Amram Makinyan bildirib ki, sahibkar Silva Hambardzumyanın Sarkisyana rüşvət verməsi ilə bağlı ittihamlar səsləndirilir. O, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edib.

Ambartsumyan əvvəlcə Sarkisyana rüşvət vermədiyini və onunla münasibətlərinin olmadığını iddia etsə də, hazırda verdiyi ifadədə tam əksi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Meksikada naməlum şəxslər kütləyə atəş açıb-

Sonrakı məqalə

Bolqarıstanda avtobus qəza zamanı yanıb –