Meksikada təyyarə qəzaya uğrayıb, 7 nəfər ölüb

22 Fevral 2021 - 08:20

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus “Learjet” markalı təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “El Universal” nəşri polisə istinadən məlumat yayıb.

Veracruz əyalətinin Xalapa şəhəri yaxınlığında baş verən hadisə nəticəsində 7 nəfər həlak olub.

Hadisə yerinə xilasedicilər və dövlət rəsmiləri cəlb edilib. Hələlik Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.