“Meksika Konqresində tapılan yadplanetlilərin mumiyaları ilə bağlı bəyanat həqiqətə bənzəmir. Çünki bütün bu cür kəşflər əvvəlcə metodologiyanın ətraflı təsvir olunduğu ixtisaslaşdırılmış elmi jurnallarda dərc olunur”.
Azpost.info bildirir ki,bu barədə Rusiya Elmlər Akademiyasının psevdoelmlə mübarizə üzrə komissiyasının üzvü Aleksandr Pançin NEWS.ru müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, səhvləri və yanlış şərhləri aradan qaldırır.
“Meksikada aşkar edilən mumiyalara gəlincə, onların yadplanetli mənşəyini hansı analizin təsdiq etdiyi bəlli deyil. Məlumatda tapılan nümunələrdə DNT-nin üçdə birinin “naməlum” olduğu deyilir. Üstəlik, DNT-nin mövcudluğu həmin mumiyaların yer mənşəli olduğunu göstərir Bundan əlavə, DNT asanlıqla çirklənir, buna görə molekulun təmizlənməsi üsullarının ətraflı təsviri olmadan onun yad mənşəyini müzakirə etmək ikiqat qəribədir” – deyə Pançin vurğulayıb.
“Bunun növbəti feyk olması uca səslə verilən tələsik bəyanatlar və təqdimat forması sübut edir” -, deyə alim yekunlaşdırıb.
Bundan əvvəl ufoloq jurnalist Xayme Mausanın Meksika Konqresinə iki cəsəd gətirdiyi bildirilirdi. Onların yadplanetlilərə aid olduğunu bildirib. O, Meksika Konqresində and içərək deyib ki, qalıqların təxminən min il yaşı var və onların DNT-sinin üçdə biri insan DNT-sindən fərqlənir. Ufoloq cəsədlərin rentgenoqrafiyasını da göstərib.
Azpost.info