“Qardaş Azərbaycana köməyə görə təşəkkür edirik” –Menteşe bələdiyyə sədri

Türkiyənin Muğla Menteşe bələdiyyə sədri Bahaddin Gümüş deyib.

O deyib ki, son bir həftə Muğlada əsasəndə Menteşe ilçəsində böyük yanğınlar baş verir:

“İki gün öncə ərazidə olan zaman azərbaycanlı yanğınsöndürənləri və teknikalarını gördüm. Onlar həm Azərbaycan həm də Türkiyə bayrağı üzərilərində daşıyırdılar.Bu məni çox məmnun etdi. Artıq bu gün Azərbaycana məxsus amfibiya təyyarəsi Kozaağac istiqamətində yanğınların söndürülməsində iştirak edir. Bəzi ərazilərdə yanğınlar söndürülüb. Lakin sönən ərazilərdə bəzən yanğınlar yenidən başlayır. Sağ olsunlar, Azərbaycan tərəfi vae gücləri ilə xidmət göstərirlər.Qardaş Azərbaycana bizə yardım etdiyi üçün çox təşəkkür edirik”.

Bələdiyyə başqanı qeyd edib ki, yanğınlar olan ərazilərdə yaşayan əhali təxliyyə edilir:
“Dünən yanğının şiddətlənməsi nəticəsində Kozaağac və ona yaxın iki kəndin əhalisi və heyvanları təxliyyə edilib. Şükürlər olsun ki, heç bir ev yanmayıb, həyatını itirən olmayıb”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan FHN-i qüvvələri Kəmərköy və Yeniköy IES-i mühafizəyə götürüb

Sonrakı məqalə

Azərbaycanda son sutkada 1196 nəfər COVID-19-a yoluxub –