Merkel və Makron Baydeni qələbə münasibəti ilə təbrik etdilər

07 Noyabr 2020 - 23:43

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Co Baydeni ABŞ –da prezident seçkilərində qələbə münasibəti ilə təbrik ediblər.

Merkel qeyd edib ki, Baydenlə əməkdaşlığa şaddır. “ABŞ-la dostluq əvəzedilməzdir”-deyə Merkel vurğulayıb.

“Səmimi qəlbdən Baydenə uğurlar arzulayıram. Həmçinin ilk qadın vitse-prezident Kamala Harrisi təbrik edirəm”-deyə Merkelin yaydığı məlumatda bildirilir.

“Baydeni və Kamala Harrisi təbrik edirəm”-deyə tvitterdə Makron yazıb.