Meşədə nəşə əkən Nadik tutuldu –Qusarda

Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yasab kənd sakini Nadik Məmmədov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı, oradan N.Məmmədov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 sm-ə qədər olan 52 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yasamal və Sabunçuya yeni prokurorlar təyin edildi –

Sonrakı məqalə

ABŞ-ın dövlət katibi Donald Trampı gəvəzə adlandırıb –