Messi ilk dəfə Xavinin “Barsa”ya qayıtmasından danışdı

24 Noyabr 2021 - 08:29

PSJ-nin hücumçusu Lionel Xavinin “Barsa”nın sükanı arxasına keçməsinə münasibət bildirib.

“O, gənclər üçün çox vacib insandır. Şübhə etmirəm ki, məhz Xavi “Barselona”nı çox böyüdəcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, Xavinin “Barsa”nın sükanı arxasına keçdiyi noyabrın 6-da elan olunub. Onunla 2024-cü ilə qədər müqavilə imzalanıb.