Vaksin şirkətləri hər saniyə min dollar qazanır –9 ayda “Pfizer”in gəliri 57 milyard dollar olub

Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri hər saniyə min dollar qazanır.

Bu rəqəm “People’s Vaccine Alliance” adlı QHT-nin son araşdırması zamanı üzə çıxıb.

Alyans hesabatı tərtib edərkən şirkətlərin illik mühasibat hesabatlarına və digər açıq informasiyalara (xüsusən də dövlətlərin sifarişlərinə) istinad edib. Sənəddə göstərilir ki, 3 şirkətin illik xalis mənfəəti vergilər çıxıldıqdan sonra 34 milyard dolları keçəcək. Başqa sözlə, dəqiqəyə 65 min, günə 93 milyon dollar.

İlin 9 ayı ərzində “Pfizer”in dövriyyəsi 57 milyard dolları keçib. Bunun yarısı vaksin satışından əldə edilib. Bundan əlavə, farmakologiya şirkətinin gəlirinin 16%-i onkoloji, 12%-i isə kardioloji xəstəliklərə aid dərmanların istehsalından formalaşıb.

“Moderna” şirkətinin ilk 3 rübdə gəliri 11 milyard dolları keçib. Şirkət cari ildə 18 milyard dollar dövriyyə gözləyir.

Hesabat dövründə “BioNTech”in dövriyyəsi 13.4 milyard, xalis mənfəəti isə 7 milyard dollar təşkil edib. Digər əczaçılıq laboratoriyalarından fərqli olaraq Uğur Şahinin rəhbərlik etdiyi şirkətin demək olar bütün gəlirləri koronavirus əleyhinə vaksindən formalaşır.

Lakin məsələnin başqa tərəfi də var. Bu 3 şirkətin istehsal etdiyi vaksinlər çox bahadır, xüsusi saxlanma şəraiti tələb edir. Onları yalnız inkişaf etmiş ölkələr alır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Messi ilk dəfə Xavinin “Barsa”ya qayıtmasından danışdı

Sonrakı məqalə

Yaponiyanın Baş naziri neft ehtiyatlarının satışa çıxarıldığını elan edib