Messi rekordunu təzələyib

İspaniya La Liqasının XXI turunda “Atletik”lə keçirilən oyun “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 20-ci dəqiqədə hesabı açan argentinalı superulduz ölkə çempionatında cərimə zərbəsindən 38-ci dəfə fərqlənib.

Bununla 34 yaşlı futbolçu öz rekordunu yeniləyib. O, bu baxımdan ən yaxın izləyicisi olan sabiq “Real”lı Kriştianu Ronaldonu (19 qol) ikiqat qabaqlayır. Son 25 ildə standart vəziyyətdən ən çox qol vuran üçüncü oyunçu “Real”ın formasını geyinmiş Roberto Karlosdur (16). Onu digər braziliyalı olan “Barselona”nın əfsanəsi Ronaldinyo (15) izləyib.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 650 qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hadrutda Poçt Agentliyi fəaliyyətə başlayıb

Sonrakı məqalə

Myanma prezidenti naməlum şəxslər tərəfindən saxlanılıb –