“Messinin istədiyi pulu verməyə vəsaitimiz yox idi…” –"Barselona"nın prezidentindən açıqlama

“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin klubdan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb. 

Qol.az xəbər verir ki, o, “Marca”ya açıqlamasında deyib: “Messi ilə biz eyni fikrə gələ bilmədik. Onun istədiyi müqaviləni imzalamaq üçün vəsaitimiz yox idi. Messiyə sərmayə yatırmaq klubu riskə ata bilərdi. “Barselona” Messidən və hamıdan üstündür. Ona görə də onunla müqavilə bağlamağa ehtiyac yox idi”.

Qeyd edək ki, Messi avqust ayında 2+1 illik müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Baş Qərargah rəisi istehkam qoşunlarının hərbi hazırlığını yoxlayıb –