Meyit daşıyan refrijerator maşınlar Nyu-York küçələrinə çıxarılıb –Fövqəladə hal elan olunub (FOTO)

Pandemiyanın şərtlərinə uyğun olaraq meyit daşımaq üçün nəzərdə tutulmuş refrijerator -maşınlar Nyu-York küçələrinə çıxarılıb.

Azpost.info bildirir ki, bu barədə “New York Daily News” məlumat yayıb.

Şəhər rəhbərliyinin pandemiyanın zərbəsinə davam gətirə bilməyəcəyi halda bu maşınlar meyitləri daşıyacaqlar.

“Biz səhiyyə sahəsində böhran yaşayırıq. Şəhərdə fövqəladə vəziyyət elan olunub”- deyə şəhər rəhbərliyinin rəsmi nümayəndəsi Vorsi-Deyvis  bildirib.

Nyu-Yorkda həmçinin koronavirusdan ölənlərin cəsədinin mühafizəsi  üçün çadırlar qurulub.

Bütün buçadır və yük maşınları 3500-3600 cəsədi daşımağa imkan verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyanın Səhiyyə naziri də koronavirusa yoluxdu

Sonrakı məqalə

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadılıb