“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb

01 Mart 2021 - 01:07

Bakının Qaradağ rayonu ərazisində “Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.