Meyvələri düzgün yumaq qaydası necədir? –Həkim RƏYİ

Dietoloq mütəxəssis meyvələrin düzgün yuyulma qaydalarını açıqlayıb.

Azpost.info bildirir ki, dietoloq Natalya Nefedovanın sözlərinə görə, meyvələr üç ardıcıl qaydadan istifadə edilərək yuyulmalıdır. Həkim yeməzdən əvvəl meyvənin üzərindən kiri və kimyəvi maddələri düzgün təmizləmək qaydasını deyib.

Nefedova Sputnik radiosuna müsahibəsində deyib ki, meyvələri sabun və təmizləyici vasitələr olmadan, krandan gələn su ilə yumaq kifayətdir. O bununla bağlı aparılmış araşdırmaların nəticələrinə istinad edib.

Dietoloq həmçinin qeyd edib ki, meyvələri yarım saat ərzində islatmaq, sonra axan suyun altında yuyub salfet və ya dəsmal ilə silmək lazımdır. Bu ən ideal qaydadıdr. Bu üç qaydadan sonra meyvə yeyilə bilər.

“Bununla da  meyvənin səthində olan bütün çirki və bakteriyaları yuya bilərsiniz” -deyə Nefedova vurğulayıb.

Mütəxəssis meyvələri sabunla yuyulmanın qəti doğru olmadığnı deyib. Çünki bu halda meyvələrin qabığı kimyəvi maddələri udur. Nəticədə insan qida zəhərlənməsi riski ilə üzləşir.

Azpost.info

Əvvəlki məqalə

Zelenskinin Aparat rəhbərindən NATO-ya sərt cavab

Sonrakı məqalə

“İddiaları qətiyyətlə rədd edirik” –