MİDA 8 il ərzində 9 min güzəştli mənzil satıb

8 illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasına başlayıb. Həmin layihələrdən 6-nın inşası tamamlanıb, 5 layihə isə hazırda reallaşdırılır.

Azpost.info bildirir ki, bu barədə MİDA-nın açıqladığı hesabatda deyilir.

Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil ) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb.

Beləliklə, 8 il ərzində Agentliyin layihələrindən ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib ki, bu da on minlərlə vətəndaşı əhatə edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.