Qeyri-neft sektorunun ixracı artır.
Azpost.info bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial səhifəsində yazıb.
“İlin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. ABŞ dollarından çox olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılir”-deyə o vurğulayıb.