İqtisadiyyat naziri Mikayıl Cabbarov Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarla görüşüb.
Azpost.info bildirir ki, bu barədə M.Cabbarov sosial şəbəkədəki səhifəsində yazıb.
“Vətən Müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin 131 əməkdaşı da var. Bu gün qəhrəmanlarımızla görüşdük. Sizinlə qürur duyuruq!”- deyə nazir qeyd edib.
M.Cabbarov vurğulayıb ki, Ali Baş Komandanın qətiyyəti, müzəffər Ordumuzun şücaəti ilə Azərbaycan böyük zəfər qazandı. “Haqq savaşımızda şəhid olanlara Allahdan rəhmət diləyirəm”.