“Milan” öz meydanında “Genoa” üzərində qələbə qazanıb

Aprelin 18-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turuna start verilib.

Turun açılış görüşü “San Siro” stadionunda “Milan” və “Genoa” komandaları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Milan” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı Ante Rebiç 13-cü dəqiqədə baxımlı qolla açıb. Fasiləyə 8 dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirə biliblər. Künc ötürməsindən sonra təcrübəli hücumçu Mateo Destro qapıya dəqiq baş zərbəsi endirib.

Fasilədən sonra hücumlarını artıran milanlılar 68-ci dəqiqədə yenidən hesabda önə çıxıblar. Mario Madzukiçin baş zərbəsindən sonra top “Genoa”nın futbolçusu Canluka Skamakaya dəyərək qapıdan keçib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 66-a çatdıraraq turnir cədvəlində ikinci pillədə yerin möhkəmləndirib. “Genoa” isə 32 xalla 14-cü yerdə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lerikdə torpaqları MMC-yə Ekologiya Nazirliyi verib? –

Sonrakı məqalə

Azərbaycanda bir gündə COVID-19-a 2 144 nəfər yoluxub-