Milli Məclis Avropa Şurasına etiraz məktubu göndərib

“Prezident İlham Əliyev keçirdiyi videokonfrans şəklində müşavirədə ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olduğunu qeyd edib”.

Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova  bildirib.

Spiker koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əminliyini ifadə edib: “VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”.

O, Prezidentin son müşavirədə beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox məsələlərlə bağlı əsaslandırılmış arqumentlərlə fikirlərini çatdırdığını bildirib: “Dövlət başçısı o cümlədən AŞPA-nın Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi qondarma “seçkilərə” münasibət bildirməməsini qeyd etdi. Bəzən təşkilatdakı antiazərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də çox onların mənafeyini müdafiə edirlər. Bu gün onların bu “seçki”lərə münasibət bildirməməsi qəbul edilməzdir. Bununla bağlı Milli Məclis tərəfindən AŞPA-ya etiraz məktubu göndərilib”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çində bilmədiyimiz nələrsə baş verir, sadəlövh olmayaq” –

Sonrakı məqalə

Hökumətin hesabatı ilə bağlı 31 deputatın təklifləri Nazirlər Kabinetinə göndərilib