“Çində bilmədiyimiz nələrsə baş verir, sadəlövh olmayaq” –Prezident Makron şübhələrini açıqladı

Fransa Prezidenti Emmanuel Makron Çində koronavirusla əlaqədar açıq şəkildə bilinməyən hadisələrin baş verdiyini deyib.

O, bununla bağlı “Financial Times” qəzetinə açıqlama verib.

Virusla əlaqədar olaraq, Fransa, Almaniya və İtaliyanı Çin və ya Rusiya ilə müqayisə etməyin mümkün olmadığını vurğulayan Makron “Çinin koronavirusu ələ almasında bizdən daha yaxşı olduğunu söyləyəcək qədər sadəlöhv olmayaq. Düzü, bilmədiyimiz nələrsə baş verir” deyib.

Fransa lideri Avropa İttifaqının epidemiyadan ən çox təsirlənən, birliyə üzv ölkələrə dəstək verilmədiyini qeyd edib.

O, zəngin Aİ ölkələrinin epidemiyanın səbəb olduğu böhranı idarə etməkdə daha çox məsuliyyət daşıdığını vurğulayıb:

“Aİ-nin siyasi bir layihə və ya (iqtisadi) bir bazar olub-olmadığına qərar verməyin lazım gəldiyi bir dövrdəyik. Düşünürəm ki, bu, siyasi bir layihədir. Daha da irəli getməsək, avro qrupunun və Avropa düşüncəsinin dağılması riski var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Başqa xəstəlikdən ölənlər koronavirus ölümü kimi qeydiyyata alınır? –

Sonrakı məqalə

Milli Məclis Avropa Şurasına etiraz məktubu göndərib