Milli Məclis necə buraxıla bilər? –

HÜQUŞÜNAS ŞƏRHİ
28 Noyabr 2019 - 14:20

Məlum olduğu kimi YAP Siyasi Şurası bu gün keçirdiyi iclasında hakim partiyanın parlamentdə olan deputatlarına Milli Məclisin buraxılması barədə Prezident İlham Əliyevə müraciət edilməsini təklif edib.

Azpost. İnfo bildirir ki, bu hüquq ölkənin ali qanunu olan Konstitusiya ilə tənzimlənir.

Milli Məclisin özü-özünü buraxmaq hüququ necə təmin edilir?

Hüquqşünas Ələsgər Məmmədli bununla bağlı arayış hazırlayıb. O qeyd edibki,  2016-cı il Konstitusiyaya Referendumla edilən son əlavə və dəyişikliklə 98-1 maddə əlavə edilib: “Bu maddənin açılımı budur ki, Parlament hər hansı səbəbdən 94 və 95-cı maddədə, habelə, 97-ci maddənin müəyyən bəndlərindəki funksiyasını icra edə bilməməlidir. İndiki halda, YAP siyasi bir qərarla üzvü olan deputatların kütləvi istefasını ala bilər. Beləliklə, Parlamentin toplanıb məsələləri həll etmək üçün zəruri olan 83 və ya 63 səs çoxluğu ilə fəaliyyəti imkansız hala gələr. Bu halda, Prezident Parlamentin buraxılması və yeni seçkilərin keçirilməsini reallaşdıra biləcək”.