“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Bu, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il üçün nəzərdə tutuluş qanunvericilik iş planına daxil edilib.
Qeyd edək ki, iş planı komitənin sentyabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.