Milli Məclisin Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanatını hazırlamaq üçün komissiya yaradılıb

Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını hazırlamaq üçün komissiya yaradılması təklif olunub.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib.

Sədr bildirib ki, Nizami Səfərov Komissiyanın sədri, Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev, Razi Nurullayev isə komissiyanın üzvləri olsun.

Təklif dəstəklənib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

Sonrakı məqalə

Rusiya Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən çıxmağa hazırlaşır