Milli Məclisin deputatının oğlu Qarabağda döyüşmək üçün ordu sıralarına qatılıb

27 Oktyabr 2020 - 00:32

Milli Məclisin deputatı, İnsan Haqları Komitəsinin sədr müavini Tahir Kərimlinin oğlu vətənin müdafiəsi üçün Qarabağa gedib. 

Azpost.info bildirir ki, bu barədə deputatın sədri olduğu Vəhdət partiyasının rəsmisi Vasif Əfəndi məlumat verib. Onun sözlərinə görə, Tahir Kərimlinin oğlu bu gün hərbi xidmətə yola salınıb.