Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək.
Bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək.
Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. S.Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.