Milli Məclisin Sədri Sahibə Qafarova Moskvaya gedəcək –Federasiya Şurasında çıxış edəcək

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Moskvaya səfərə gələcək.

Bu barədə Rusiya Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko S. Qafarova ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunacaq. S.Qafarovanın sentyabrın 23-də Federasiya Şurasının payız parlament sessiyasının birinci iclasında çıxışının planlaşdırıldığı da qeyd olunub.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir