Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib

19 Noyabr 2020 - 10:35

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Milli Məclisin saytının məlumatına görə, iclasın gündəliyinə daxil edilən məsələlərin sayı artırılıb. İclasın gündəliyinə 11 məsələ daxil edilib.

Belə ki, gündəliyə əlavə edilən 11-ci məsələ “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.