Milli Məclisin iki yeni şöbəsinin müdiri məlum olub –Beynəlxalq münasibətlər şöbəsinə yeni müdir təyin edilib

Milli Məclis Aparatının birləşdirilən şöbələrinin müdirləri məlum olub.

Birləşdirilən İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Məhəmməd Bazıqov təyin edilib.

M. Bazıqov bundan əvvəl İqtisadi qanunvericilik şöbəsinin müdiri olub.

Birləşdirilən Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbələrinin əsasında yaradılan yeni şöbənin müdiri Hacı Mirhəşim təyin olunub.

Beynəlxalq münasibətlər şöbəsinin müdiri də dəyişib.  Rəşid İbrahimovu bu vəzifədə Protokol  sektorunun  müdiri İlkin Məmmədov  əvəzləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lüksemburqda ağır qəza –

Sonrakı məqalə

Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub