Lüksemburqda ağır qəza –Maşın Kür çayına aşdı, 6 yaşlı uşaq boğuldu

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21 07” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iki şöbəsi ləğv edilib –

Sonrakı məqalə

Milli Məclisin iki yeni şöbəsinin müdiri məlum olub –