Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Milli Məclisin payız sessiyasında hansı layihələr müzakirə olunacaq?

User 25 Avqust 2025 - 20:50 (Last updated: 25 Avqust 2025 - 16:44)
Milli Məclisin Komissiyasına

Milli Məclisin Komissiyasına

Milli Məclis konstitusiyaya uyğun olaraq sentyabrın 30-da payız sessiyasına başlayacaq.

Sessiyanın iclasından əvvəl isə parlamentin Daxili Nizamnaməsinə əsasən, komitə iclaslarının keçirilməsi, payız sessiyasının iş planının formalaşdırılması üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Payız sessiyasında Milli Məclis və digər qanunvericilik təşəbbüsü hüququna malik qurumlar tərəfindən hazırlanmış, lakin parlamentin plenar iclaslarında müzakirə edilməyən qanun layihələrindən bəzilərinin artıq iş planına daxil olunması gözlənilir.

Məsələn, ötən illərdə Milli Məclisin dəfələrlə iş planına daxil edilmiş “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hələ də parlamentdə müzakirəyə çıxarılmayıb. Adıçəkilən layihə VII Çağırış parlamentin 2024-cü il üzrə payız, 2025-ci il üzrə isə yaz sessiyalarının iş planına da daxil edilmişdi. Parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən hazırlanmış bu qanun layihəsinin 2025-ci il payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

Bir neçə il öncə hazırlanmış daha bir qanun layihəsi “Ali təhsil haqqında”dır. Sonuncu dəfə 2024-cü il yaz sessiyasının iş planına yenidən daxil edilən bu layihəni parlamentin Sosial qanunvericilik şöbəsi ərsəyə gətirib. Lakin qanun layihəsi plenar iclasa tövsiyə edilmədən müzakirəsi yarımçıq qalıb. Parlamentin ötən iki sessiyasında iş planına daxil edilməsə də, “Ali təhsil haqqında” qanun layihəsinin 2025-ci il payız sessiyasında yenidən gündəmə gələcəyi ehtimalı var.

Növbəti, “Beynəlxalq müqavilələr haqqında” qanun layihəsinə gəlincə, 2024-cü ilin payız sessiyasının iş planına daxil olunmuş bu layihənin hazırlanması parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə həvalə edilmişdi. 2025-ci ilin yaz sessiyasında bu layihənin adı yenilənmiş formada – “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi” haqqında qanun layihəsi olaraq iş planına daxil edildi. Lakin bu qanun layihəsinin də müzakirəsi ötən sessiyada baş tutmadı. Parlamentin budəfəki payız sessiyasında qanun layihəsinin müzakirə ediləcəyi gözlənilir.

2025-ci ilin yaz sessiyası dövründə Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması tapşırılmışdı. Əldə etdiyimiz məlumata görə, Məcəllənin layihəsinin hazırlanması artıq yekunlaşmaq üzrədir və 2025-ci ilin payız sessiyasının iş planına daxil edilməsi nəzərdə tutulur.

Milli Məclisin İnsan hüquqları komitəsi isə 2025-ci ilin yaz sessiyasında yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsinin hazırlanacağını elan etmişdi. Layihənin komitənin həmin dövrdəki iş planına daxil olunduğu açıqlanmışdı. Ona görə, yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsinin də 2025-ci il payız sessiyasında müzakirəsi ehtimalı var.

Qanunvericilik təşəbbüsü hüququna malik olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi də bu il gündəmdə olub. Layihənin payız sessiyasında Milli Məclisə təqdim olunması gözlənilir (Report).

AzPost.az

Post navigation

Previous: Ölkədə mobil operatorların aylıq gəliri 100 milyonu keçib
Next: Məhkəmə, polis və prokurorlara ayrılan pul azaldılır

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

qazax cevrilis
  • Dünya

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 20:06
Qazaxıstanın qərbində – Atırauda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb. Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi...
Read more about Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi qida yemek
  • Maraqlı

Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi

User 02 Noyabr 2026 - 17:20
Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək? fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb DSX
  • Sosial

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 16:46
“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.