Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb-Prezident iclasda iştirak edir

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb. 

İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

İclasda Dövlət Himni səsləndirilib.

İclas Milli Məclisin deputatı Ziyad Səmədzadənin sədrliyi ilə keçirilir.

İclasda təşkilati məsələlərə baxılır.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb. YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir.

Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa görə AŞPA-nın bütün iclasları təxirə salınıb

Sonrakı məqalə

Feministlərin 8 Mart aksiyasında şüar qaldırmış Aysel Ələkbərzadə özünü binadan atdı