Milli Şuradan Fransa Senatına etiraz bəyanatı:“Bu, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdidir” 

Milli Şura Fransa Senatında qəbul edilmiş qətnamə ilə bağlı etiraz bəyanatı yayıb.

Azpost.info bildirir ki, bəyanatda Senatın məlum sənədi qəti şəkildə pislənib.

“Bu Qətnamə beynəlxalq hüquqla və beynəlxalq münasibətlərin universal prinsipləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda 1997-ci ildən başlayaraq Fransa Respublikasının ATƏT-in Minsk Qrupunda 23 illik həmsədrliyini şübhə altına alır.

Birmənalı formada qeyd etməliyik ki, Senatın qətnaməsi Fransa dövlətinin ərazi bütövlüyünü tanıdığı Azərbaycan Respublikasının suveren hüquqlarına müdaxilə etmək, onu şübhə altına almaq xarakteri daşıyır. Bu qətnamə münaqişə bölgəsində sülhə və sabitliyə deyil, gərginliyə xidmət edən, ərazi bütövlüyü BMT və ATƏT tərəfindən tanınmış Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfdən tanınmış ərazi bütövlüyünü pozmaq cəhdidir”.

Bəyanatda vurğulanır ki, Senatın Qətnaməsi tövsiyə xarakteri daşısa da, Azərbaycan əhalisi arasında ciddi və haqlı etiraz doğuran bir addımdır: “Fransa Senatında belə bir Qətnamə qəbul etməklə Paris Qarabağ münaqişəsinin həlli prosesində Minsk Qrupunun həmsədrlərindən biri kimi öz tərəfsizliyini itirmiş, tərəflər arasında vasitəçi olmaq missiyasını etibardan salmışdır”.

Sənəddə qeyd olunur ki, bu ədalətsiz qətnamənin qəbul edilməsi müstəqillik dövründə pozitiv inkişaf yolu keçmiş Fransa-Azərbaycan siyasi, iqtisadi və mədəni əlaqələrinə ciddi təhlükə yaradır: “Qeyd etmək lazımdır ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cü ildə bu qurumun erməni işğal qüvvələrinin işğal etdikləri Azəraycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnaməyə səs vermişdir. Məhz, BMT TŞ-nın qeyd edilən 4 qətnaməsi əməli xarakter alanda, işğal qüvvələri 30 il ərazində zəbt etdikləri, dağıtdıqları, zor gücünə mənimsədikləri ərazilərədən çıxardılanda Fransa Senatı belə ədalətsiz bir qətnamə qəbul etmiş, Fransa hökumətini işğal rejimini himayə edən 1994-cü il “sərhədləri” çərçivəsində fəaliyyətə çağırmışdır. Təəssüf hissi ilə deməliyik ki, bu işğalçını şirnikləndirmək siyasətidir, regionda sülhün, təhlükəsizliyin, tərəqqinin bu günü və sabahə üçün ciddi təhlükədir”.

Bəyanatda deyilir ki, Qətnamə eyni zamnda beynəlxalq sülhə və təhlükəsizliyə məsul olan bir ölkənin qanunverici orqanının beynəlxalq hüquqa məhəl qoymamasının açıq ifadəsidr. Bütün bunların fonunda Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması faktına biganə qalmış, XX əsrin ən dəhşətli Xocalı faciəsinə, mülki əhalinin qətl və qarətlərlə öz yurdundan deportasiya edilməsinə, işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə, ekoloji fəlakət, beynəlxalq qanunlara zidd olan  məskunlaşma və zorla ələ keçirdiyi torpaqları mənimsəmə hallarına qarşı həmsdər olduğu uzun dövr ərazində səssiz müşahidəçi olmuşdur.

“Təəssüf hissi ilə qeyd etməliyik ki, Fransa Senatı Krım, Abxaziya, Cənubi Osetiya, Dnestryanı konfliktlərə münasibətdə sərgilədiyi prinsipial mövqeyi Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin işğalına münasibətdə nümayiş etdirə bilməmişdir.

Biz Milli Şura olaraq Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməsini qətiyyətlə pisləyir, bu ədalətsiz, qeyri-obyektiv, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin universal prinsipləri ilə daban-dabana zidd olan sənədə qarşı öz kəskin etirazımızı bildiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə və İranın Azərbaycandakı səfirləri Qarabağda son vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə edib