Milyarder Bencamin Rotşild vəfat edib –

FOTO
16 Yanvar 2021 - 19:36

Rotşildlər qrupunun başçısı, baron Bencamin de Rotşild İsveçrədə vəfat edib.

Azpost.info bildirir ki, bu barədə Le Parisien mərhumun yaxınlarına istinadən məlumat yayıb.

Bankirin həyat yoldaşı və qızları bildiriblər ki, Rotşild yanvarın 15-də ürək tutmasından dünyasını dəyişib.

Bencamin de Rotşild Rotşildlər sülaləsinin 7-ci nəslindən idi. O, bu sülalənin ən varlı üzvlərindən hesab olunurdu. De Rotşild 1997-ci ildən “Edmond de Rotşild Qrup”şirkətinə başçılıq edirdi.