Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Milyonlarla “YouTube” videoçarxları dublyaj ediləcək

Orkhan Ali 12 Dekabr 2024 - 10:14 (Last updated: 21 May 2025 - 20:15)
youtube

“Gemini”nin süni intellekt köməkçisinin əsasını təşkil edən böyük dil modellərindəki təkmilləşdirmələr artıq ”Google”a məhdud sayda videoməzmun yaradıcılarına videolarını müxtəlif dillərdə avtomatik dublyaj etmək imkanı verib.

“YouTube” xidməti maarifləndirmə məqsədli minlərlə kanala videoməzmunun avtomatik dublyajı funksiyasına dəstəyi genişləndirib. Məsələn kulinariya bloqları olan və ya müxtəlif sahələrdə sənətkarlığın sirlərini paylaşan məzmun müəllifləri avtomatik dublyaj ala bilərlər. Gələcəkdə funksiya digər məzmun növləri üzrə ixtisaslaşmış kanalları da əhatə edəcək.

Yenilikdən yararlanmaq üçün video müəllifinə sadəcə orijinal videonu normal rejimdə yükləmək kifayətdir. İstifadəçi yükləmə səhifəsi interfeysində tələb olunan xananı işarələyibsə, “YouTube” özü mənbə videonun dilini aşkar edəcək və müxtəlif dillərdə versiyalar yaradacaq. Hazırda dəstəklənən dillər ingilis, fransız, alman, hind, indoneziya, italyan, yapon, portuqal və ispan dilləridir.

“Google” xəbərdarlıq edir ki, “Gemini”nin insan nitqini müxtəlif dillərdə yenidən yaratmaq qabiliyyəti hələ də məhduddur. Assistent nəinki qrammatik, stilistik və fonetik səhvlərə yol verə bilər, hətta onun tembri də videodakı orijinal səsin sahibinin tembrindən fərqlənə bilər. Gələcəkdə “YouTube” özünün avtomatik tərcüməçisinin nitqinə ifadəlilik əlavə etməyi vəd edir ki, bu da orijinalın emosionallığını daha yaxşı əks etdirəcək və hətta orijinal audio trekin səs-küyünü təkrarlayacaq(azərtac).

Post navigation

Previous: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb
Next: Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Oxşar xəbərlər

tramp
  • Dünya

Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq”

User 04 Noyabr 2026 - 09:27
tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18
pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39

xƏBƏR

burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
Qoç Çərşənbə günü başqalarının məşğul olması səbəbindən təxirə saldığınız bir təşəbbüsə yenidən qayıtmaq üçün əlverişli olacaq. İndi...
Read more about 4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?
Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq” tramp
  • Dünya

Tramp Rusiya və Ukraynanın sülhə yaxınlaşdığını açıqladı – “Gəlin, razılaşaq”

User 04 Noyabr 2026 - 09:27
Yol polisi sürücülərə müraciət edib yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq” tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 04 Noyabr 2026 - 09:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.