Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mimino” Tovuzda hansı sözə görə ağlamışdı? –

User 18 Yanvar 2023 - 12:10 (Last updated: 21 May 2025 - 20:15)
vaxtanq

“Turan Tovuz” klubunun Müşahidə Şurasının üzvü, AFFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü  Yaşar Sultanov bu günlərdə 84 yaşında vəfat edən Gürcüstanın xalq artisti və müğənnisi Vaxtanq Kikabidze ilə bağlı maraqlı xatirəsini bölüşüb.

Azpost.info matc.az-a istinadən bildirir ki, Y.Sultanov bildirib ki, dahi bəstəkarla 1980-ci illərdə Tovuzda rastlaşıb.

“80-ci illərin əvvəli idi. Tovuz ərazisində, Uzunca meşəsində, Kürdə balıq tuturduq. Bizdən 100 metr aralıda digər balıqçı dəstəsi düşərgə salmışdı. Masa, çadır və ləvazimatlardan görünürdü ki, bir neçə günlük gəliblər. Tilovları və geyimləri bahalı və müasir idi. Görünür, şəhər balıqçıları idi. Nahar vaxtı quzu kababı çəkdik. Bir iri qab doldurub onların masasına apardım (Çöllükdə mütləq və adi haldır). Masaya yaxınlaşanda heyrət məni bürüdü – bəh, tanış simalar, Vaxtanq Kikabidze özü bizə gəlib! Sanki fantastik bir aləmə düşdüm. Özü ayağa qalxdı, kababı masanın üstünə qoyub məni bağrına basdı. Dərhal bir stəkan çaxır süzüb mənə verdi. “За настоящих рыбаков” deyib, stəkanı toqquşdurdu və birgə içdik”.

İstiqanlı münasibət görən Kikabidze Sultanovun yanında olanları da masalarına dəvət edib: “Əl çəkmədi, bizim uşaqları da gətirdi, masaları birləşdirdik. Çox zəngin yemək çeşidləri var idi, amma “bəh-bəh” deyə-deyə təkcə kabab yedilər. Bizim uşaqlar isə mən qarışıq gürcü delikateslərinə girişmişdik. Olduqca maraqlı söhbətlər, duzlu lətifələr danışırdı. Həmin vaxt Tbilisi “Dinamo”su Avropa Kuboklar Kubokunu qazanmışdı. Onda çoxları bu komandaya azarkeşlik edirdi. Mən komandanın heyətini birnəfəsə söyləyəndə, Kikabidze qarşımda diz çöküb ağladı, sonra dedi ki, siz əksər gürcüdən böyük azərbaycanlısınız”.

Sultanov əlavə edib ki, fəaliyyəti dövründə kino aktyor, kinorejissor, ssenarist, siyasətçi olan Vaxtanq Kikabidze Azərbaycanı çox sevirdi: “Azərbaycanı fanatikcəsinə sevdiyi aşkar duyulurdu. Mən ona “Ореrа”dan, “Kədərlənmə”dən, “Mimino”dan danışanda boynumu bərk qucaqlayırdı. Birgə gürcü və Azərbaycan mahnılari oxuduq. Rəşid Behbudovu kumir sayırdı və əzbər bilirdi. Sərxoşluq təhlükəsi ilə üzləşəcəyimizi görüb, min bir bəhanə ilə üzr istəyib aralana bildik. Bizə üzü səbətli şüşədə 10 litr çaxır bağışladılar. Günün sonunda tutduğumuz bütün balıqları onlara verdik. “Şamayka”nın kütləvi çıxan mövsümü olduğu üçün xeyli miqdarda balıq tutmuşduq. Onlar tutulan balıqları dərhal duza qoyurdular. Rayona dəvət elədim, ünvan və telefon yazdım”.

Yaşar Sultanov Gürcüstan parlamentinin keçmiş deputatı ilə sonradan zəngləşdiklərini də vurğulayıb: “Arada zəng açırdı, balıqçılıqdan danışırdı. Bir dəfə Bakıda konsertinə dəvət etdi, gedə bilmədim. Bütün Qafqazın mənəvi sərvəti idi. Heyif! Qəbrin nurlu olsun, Maestro! Allah rəhmət eləsin!!!”

Qeyd edək ki, Vaxtanq Kikabidze yanvarın 15-də vəfat edib.

Post navigation

Previous: Təşkilatçılar İlon Maskın yalanını üzə çıxardı:
Next: Mübarizə tariximizin qəhrəmanlıq səhifəsi

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.