Mina partlayışında həlak olan 3 nəfərin cəsədi ərazidən çıxarılıb – FOTO

Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

TƏBİB-in tabelində fəaliyyət göstərən Tərtər rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Vüsal Əliyev APA-ya bildirib ki, meyitlər Tərtər morquna verilib.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu (Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.

Əvvəlki məqalə

XİN Tərtərdə mina partlayışında həlak olanlarla bağlı bəyanat yayıb

Sonrakı məqalə

Türkiyədə 5 bala yaxın zəlzələ olub