Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada baş verən yanğın söndürülüb –

FOTO (YENİLƏNİB)
09 Mart 2020 - 00:10

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb, lakin bazaya bitişik  72 saylı tam orta məktəbin köməkçi binası kimi istifadə olunan hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

**

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın başlayıb.

APaA-nın yerli bürosunun məlumatına görə, yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.