Mingəçevirdə 37 yaşlı kişi 15 yaşlı yeniyetməni güllələyərək öldürüb

Mingəçevirdə güllələnmə hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində baş verib.

Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib.

Güllələnən O.Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şahmatçılarımız Ermənistan komandası ilə heç-heçə edib –

Sonrakı məqalə

Yaddaşı gücləndirmək üçün tövsiyə olunan qidalar