“10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənclər üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya “bağlamaq” qərarı ağlabatan bir addım kimi görünmür”.
Azopst.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Volt” çatdırılma şirkətinin fəaliyyətinin AQTA tərəfindən dayandırılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, AQTA digər əlaqədar dövlət qurumları və Wolt-la i birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi.
“Ümid edirəm, səlahiyyətli qurumlar Wolt-la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər”.
Azpost.info