“Minsk Qrupu Dağlıq Qarabağın statusundan imtina etməyi tələb edib” –PAŞİNYAN

2016-cı ilin aprel müharibəsindən bir qədər əvvəl ATƏT-in Minsk Qrupu Ermənistandan Dağlıq Qarabağa aralıq status verilməsi barədə tələbindən imtina etməyi tələb edib”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan parlamentin bu günkü iclasında çıxışı zamanı deyib.  Baş nazir danııqlar prosesinin mərhələrini sayıb və deyib ki, Azərbaycan zaman-zaman Qarabağın statusu ilə bağlı məsələdə mövqeyini sərtləşdirib. 2014-15-ci illərdə isə Bakı bu məsələdə Minsk Qrupunun dəstəyini alıb.

“2016-cı ilin aprelinə qədərki iki ayda həmsədrlər erməni tərəfindən Qarabağa aralıq status verilməsi ilə bağlı təklifindən imtina etməyi tələb ediblər”.

Paşinyan deyib ki, danışıqlar prosesində Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi razılığının əldə edilməsi barədə deyilənlər yanlış təsəvvürdür: “Sənədlər paketində referendum haqqında maddə olsa da onun müddəti və keçirilmə arealı barədə danışılmayıb. Azərbaycan isə öz növbəsində həmişə bildirib ki, səsvermə yalnız bütün Azərbaycanın hüdudları çərçivəsində keçirilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bakı 7 rayonun dərhal qaytarılmasını tələb etdi” –

Sonrakı məqalə

“Zəngəzurda Azərbaycanla sərhədi Rusiya hərbi bazası qoruyacaq” –