“Minsk qrupunun işləməsi tam Sizdən asılı olacaq” –

Fransalı həmsədr
12 Dekabr 2020 - 19:42

“Siz də indicə qeyd etdiniz ki, həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışmışlar. Bu mandat əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idilər. Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq”.

Bunu ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyevlə bu günkü  görüşü zamanı bildirib.

“Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na gecən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər. Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm. Əlbəttə ki, Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam”.