Minskdə etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb

22 Noyabr 2020 - 22:52

Belarusun paytaxtı Minskdə polis etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, kütləvi tədbirlər haqqında qanunun pozulması çərçivəsində 200-dən çox adam nəzarətə alınıb.

Paytaxt polisi saxlanılanlarla bağlı qanun çərçivəsində araşdırmalara başlayıb.

“İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib, bundan sonra aksiyanın ən fəal üzvləri saxlanılıb”, – deyə Minsk Şəhər İcraiyyə Komitəsinin Dövlət Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib.