Minskdə keçirilən etiraz aksiyasına 100 min adam qatılıb

16 Avqust 2020 - 17:33

Minskin “Qəhrəman şəhər” abidəsi qarşısında keçirilən etiraz aksiaysına 100 min adam gəlib.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə “MBX media” məlumat yayıb. OMON və polis maşınları ərazini tərk edir.

Aksiya iştirakçıları yaxın küçələri də doldurublar. Adamlar ölkədə dəyişikliklər tələb edir, Lukaşenkonun istefasını tələb edirlər.