Miqrasiya xidmətində işləmək üçün müsabiqə elan edilib

Miqrasiya xidməti

Miqrasiya xidmətində işləmək üçün müsabiqə elan edilib

Miqrasiya Xidməti orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə elan edilib.

AzPost bildirir ki, müsabiqə ixtisas imtahanından azad edilən (xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, hüquq sahəsində elmi dərəcəsi olan şəxslər və dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları) şəxslər üçün nəzərdə tutulur.

Maraqlananlar söhbət mərhələsində iştirak üçün müraciət edə bilər. Ətraflı məlumat Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya 919 Çağrı Mərkəzindən əldə edilə bilər.

 

 Bu xidmət Azərbaycanın hüquq mühafizə orqanları sisteminə daxil olan dövlət qulluğunun xüsusi növüdür.

Qulluq keçmə qanunvericiliyində nəzərdə tutulmuş fəaliyyət prinsiplərinə əsaslanır. Qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.