Mirzoyan Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bono ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması məsələlərini müzakirə edilib.

“Ararat Mirzoyan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə toxunub, Azərbaycanın sülh prosesində konstruktiv iştirakının vacibliyini vurğulayıb”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanın ədliyyə naziri işdən çıxarılıb

Sonrakı məqalə

ABŞ kəşfiyyatı HƏMAS-ın İsrailə hücumunda “İran izi” axtarır