“Mişel mənə dedi ki, minaların təmizlənməsi üçün 5 milyon avro ayıracaqlar”-Prezident

Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Azərbaycana isə 140 və ya 160 milyon avro dəstək elan edəndə təbii ki, biz öz səsimizi çox yüksək səviyyədə qaldırdıq. Bu da ikili standartların növbəti nümayişi idi.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Bildirdim ki, Ermənistanda bir dənə də olsun sökülən ev yoxdur, niyə onlara 2,6 milyard avro ayırırsınız və bunun da böyük bir hissəsi kredit olmayacaq, qrant olacaq, sadəcə hədiyyə olacaq. On min kilometrlərlə ərazisi tamamilə dağıdılan ölkəyə, Azərbaycana ancaq yüz milyonlar. Cavab olmadı, amma yaxşı oldu ki, sonradan Aİ bu məsələni həll etməyə başladı və Aİ Şurasının Prezidenti Mişellə sonuncu söhbətim zamanı o, mənə dedi ki, minaların təmizlənməsi üçün 5 milyon avro ayıracaqlar. Biz buna görə minnətdarıq, lakin əlbəttə ki, bu, böyük fərq etməyəcək. Bizə həm də mina problemləri ilə məşğul olan beynəlxalq QHT-lərin ciddi dəstəyi lazımdır. Onların heç biri üzünü Azərbaycana çevirməyib. Biz bilirik ki, bir neçə QHT və fond ölkələrə minalardan qurtulmağa kömək edir, amma bizə heç kim kömək etmir”, – Azərbaycan Prezidenti vurğulayıb.

Əvvəlki məqalə

“Ölkədə qiymət artımı ilin sonunadək indiki səviyyədə qalacaq”-

Sonrakı məqalə

Azərbaycan voleybol yığması Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşır