Misir prezidenti Qəzzada atəşkəs üçün səyləri birləşdirməyə çağırıb

Maraqlı tərəflər Qəzzada atəşkəs razılaşması əldə etmək üçün qüvvələrini birləşdirməlidir.

Azpost.info xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Fransanın xarici işlər naziri Stefan Sejurne ilə görüşündə deyib.

“Bütün maraqlı tərəflər Qəzza zolağında atəşkəs üçün bir araya gəlməlidirlər. Bu, regionda gərginliyin qarşısını almağa kömək edəcək. müstəqil Fələstin Dövlətinin yaradılması və iki dövlət prinsipinin həyata keçirilməsi yolu ilə reallaşa bilər”, – Sisi bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.