Misirdə qatar relsdən çıxıb –32 nəfər ölüb, yüzdən çox insan yaralanıb (YENİLƏNİB)

Misirin Qalubiyyə vilayətində Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində azı 32 nəfərin həlak olduğu, 109 sərnişinin yaralandığı bildirilir.

Ölənlərin sayı ilə bağlı məlumatı “Alarabia” telekanalı verib. Misir mətbuatı isə onların sayını açıqlamayıb.

Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb. Onların xilas edilməsi üçün əraziyə xilasetmə briqadası cəlb olunub. Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib. O bildirib ki, qəza yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

**

Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.

Bu barədə “Al Arabia” telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb. Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bir gündə COVID-19-a 2 144 nəfər yoluxub-

Sonrakı məqalə

“Putin Sibiri daha çox sevir” –