Mixael Şumaxer yenidən əməliyyat olunacaq

“Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxer növbəti dəfə əməliyyat olunacaq.

“Report”un məlumatına görə, bu barədə daha əvvəl əfsanəvi pilotun müalicəsi ilə məşğul olan ürək cərrahı Filipp Menaşe “Contro Copertina” nəşrinə açıqlamasında bildirib.

Həkim deyib ki, Şumaxerin ürək toxumasına kök hüceyrələrini köçürmək üçün eksperimental əməliyyat aparılacaq. O bildirib ki, əsas məqsəd 51 yaşlı keçmiş pilotun sinir sistemini bərpa etməkdir.

Neyrocərrah Nikola Akkyari isə Şumaxerin əzələ atrofiyası və osteoporozdan əziyyət çəkdiyini söyləyib: “Son 20 ildə elm kök hüceyrə müalicəsində irəliyə doğru böyük addım atıb. Amma bu, hələ də insan beyni haqqında az bilməyimiz reallığını dəyişdirmir. Əməliyyatın nəticəsinin necə olacağını indidən demək çətindir”.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Neftçi” “Keşlə”yə qalib gəldi

Sonrakı məqalə

Corc Floydun qardaşı Konqres qarşısında ifadə verəcək